Təsviri tərcümə
1. Ən çətin şəraitdə tərcüməçiyə kömək edən daha mühüm universal priyom. O müxtəlif səbəblər - sosial, coğrafi, yaxud milli xüsusiyyətli müvafiq anlayışlar tərcümədə mövcud olmadığı hallarda daha zəruridir. Bu priyomun özünün də çatışmazlıqları az deyildir. Onlardan başlıcası ondan ibarətdir ki, bəzi təsvirlər olduqca şişirdilmiş şəkildə verilir və sanki tərcümə mətnində kənar cisim təsiri bağışlayır. Bax: həm də təsviri priyom. 2. Digər dildəki vasitələrlə qeyd olunmuş (işarələnmiş) anlayışın təsvirini verən tərcümə priyomu. Bu priyoma tərcümə dilində müvafiq nominasiyalar olmadıqda daha çox müraciət edirlər. 3.Məzmunun (mənanın) digər formada və digər sözlərlə ifadə olunması. 4. Söz birləşmələrinin köməyi ilə ilkin vahidlərin mənasının açılma- sını ekvivalentsiz leksika ilə vermə üsulu. 5. Tərcümə olunan mətnin məna və məzmununu sərbəst şəkildə verən tərcümə.